İsmayıllı rayonunun Qəzli kəndində kütləvi zəhərlənmə baş verib. Bu barədə çərşənbə günü Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilir.
“Toyda qidadan zəhərlənmə ehtimalı ilə 33 nəfər İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına müraciət edib. Avqustun 28-nə səhər xəstəxanada ikisi uşaq olmaqla 4 nəfər qalıb. Onların yaxın zamanda evə buraxılacaqları gözlənilir”, - nazirlikdən bildiriblər.
Məlumata əsasən, müraciət edən şəxslər zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar. **
B.Rüstəmbəyov