Avropa Komissiyası yaxın iki ay ərzində Azərbaycanla strateji tərəfdaşlığa dair yeni saziş imzalamağa ümid edir. Bu barədə EURACTIV məlumat verir.
“Yunkerin Komissiyası (AK-nin sədri Jan-Klod Yunker - İF) Bakı mətnin ticarət hissəsində irəliləyəcəyi təqdirdə, gələcək iki ay ərzində Azərbaycanla yeni ticarət və siyasi sazişin imzalanmasına hələ də ümid edir”, - EURACTIV AK-da mənbələrə istinadən bildirib.
Nəşrin mənbəyi noyabrın 1-dək Komissiyanın səlahiyyətlərinin qüvvədə olduğu dövrdə hələ də sazişin imzalanması imkanının mövcudluğuna dair nikbinlik ifadə edib.
“Bu mümkündür: bir neçə yuxusuz gecələr hesabına bunu edə bilərik”, - mənbə vurğulayıb.
Nəşrin məlumatına görə, danışıqların növbəti mərhələsi sentyabrda keçiriləcək.
Aİ Xarici İşlər Nazirləri Şurası 14 noyabr 2016-cı il tarixində Azərbaycanla saziş üzrə danışıqların aparılması üçün Avropa Komissiyası və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinə mandat verib.
Yeni sazişlə bağlı danışıqlara 2017-ci il fevralın 7-də başlanılıb.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun sözlərinə görə, danışıqları yekunlaşdırmağa çox yaxınıq. Onun sözlərinə görə, bu yaxınlarda tərəflər danışıqların bütün 3 hissələri üzrə sinxronlaşdırmağa müvəffəq olublar. “Belə ki, artıq 90%-i razılaşdırıldığına görə bu gün bizim olduqca yaxşı imkanımız var”, - nazir əlavə edib. **
F.İsazadə