Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi səfir Pərvin Mirzəzadə bu gün İran İslam Respublikasının Naxçıvana yeni təyin olunan baş konsulu Seyid Əhməd Hüseynini qəbul edib. Bu barədə XİN-in mətbuat xidmətindən məlumat verilib.
“Seyid Əhməd Hüseyni baş konsul təyinatı ilə əlaqədar patent sənədini P.Mirzəzadəyə təqdim edib”, - deyə məlumatda bildirilir.
Görüş zamanı Azərbaycan ilə İran İslam Respublikası arasında mövcud olan dostluq və mehriban qonşuluq münasibətləri müzakirə olunub.
P.Mirzəzadə baş konsula gələcək fəaliyyətində uğurlar arzu edib.*
F.İsazadə