Lənkəran rayonunda baş vermiş yol-nəqliyuyat hadisəsi nəticəsində bir nəfər həlak olub və 24 nəfər xəsarət alıb.
“Lənkəranda yol qəzası nəticəsində bir nəfər həlak olub və 24 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan 23-ü Travmatologiya şöbəsinə, bir qadın isə ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib”, - Səhiyyə Nazirliyi məlumat verir.
Məlumata əsasən, sərnişin avtobusu yoldan çıxaraq dərəyə aşıb. Nəticədə sürücü hadisə yerində ölüb. **
B.Rüstəmbəyov