Maliyyə Bazarlarına Nəzarət Palatası şəbəkə infrastrukturunun və server otağının yenilənməsi xidmətinin tədarükçüsünü müəyyən edib. Bu barədə “İnterfaks-Azərbaycan”a MBNP-dan məlumat verilir.
“Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Palatanın şəbəkə infrastrukturunun və server otağının yenilənməsi” işinin satın alınması üzrə açıq tender üsulu ilə satınalma müsabiqəsində “Ata Texnologiya” MMC qalib olub. MMC ilə 26 avqust tarixində müvafiq satınalma müqaviləsi imzalanıb”, - Palatadan bildiriblər.
Müqavilənin dəyəri - 731 min 399,12 manatdır. **
Ə.Məmmədov