2019-cu ilin yanvar-iyul aylarında Azərbaycanda sığortaçıların ümumi sığorta haqları 422 mln. 931,4 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 8% azdır. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) məlumat verilib.
Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə sığorta haqları 285 mln. 603,5 min manat (azalma 14,6%) və ya bazar üzrə bütün sığorta haqlarının 67,5%-ni təşkil edib. Sığortaçıların həyat sığortası üzrə sığorta haqları 133 mln. 858,4 min manat (azalma 27,7%), qeyri-həyat sığortası üzrə sığorta haqları 151 mln. 745,1 min manat (artım 1,6%) təşkil edib.
Yanvar-iyul aylarında icbari sığorta növləri üzrə sığorta haqları 137 mln. 327,9 min manat (artım 9,5%) təşkil edib.
Hesabat aylarında sığortaçılar həyatın yaşam sığortası (102 mln. 436,7 min manat), könüllü tibbi sığorta (67,851 mln. manat) və ANVSMMİS (58 mln. 519,9 min manat) üzrə daha çox sığorta haqqı toplayıblar.
7 ay ərzində sığortaçılar sığorta hadisələri üzrə ödənişlərə 154 mln. 631,9 min manat yönəldiblər ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 6% çoxdur.
Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə ödənişləri 109 mln. 987,8 min manat (artım 2,3%) və ya bazar üzrə bütün ödənişlərin 71,1%-ni təşkil edib. Həyat sığortası üzrə ödənişlər 63 mln. 496,5 min manat (artım 1,4%), qeyri-həyat sığortası üzrə ödənişlər 46 mln. 491,3 min manat (artım 3,6%) məbləğində olub.
Yanvar-iyul aylarında icbari sığorta növləri üzrə ödənişlər 44 mln. 644,1 min manat (artım 16,3%) təşkil edib.
Hesabat dövründə sığortaçılar həyatın yaşam sığortası (62 mln. 834,1 min manat), ANVSMMİS (37 mln. 263,8 min manat) və könüllü tibbi sığorta (30 mln. 198,8 min manat) üzrə daha çox ödəniş həyata keçiriblər.
2019-cu il avqust ayının əvvəlinə Azərbaycanda 22 sığorta şirkəti fəaliyyət üçün lisenziyaya malik olub.*
Ə.Məmmədov