"Formula 1" üzrə dünya çempionatının təşkilatçıları 2020-ci il mövsümünün təqvimini dərc ediblər.
Çempionata martın 15-də Avstraliyada start veriləcək, noyabrın 29-da Əbu-Dabidə başa çatacaq. Təqvim 22 mərhələdən ibarətdir.
Çempionata Vyetnam (5 aprel) və Niderlandda (3 may) keçiriləcək 2 yarış daxil edilib.
Azərbaycan Qran Prisi iyunun 7-də (son 3 ildə aprelin sonunda – İF) keçiriləcək. Bu, mövsümün 8-ci mərhələsi və Avropada 4-cü yarışdır.
Bakıda "Formula 1" yarışları 2016-cı ildən keçirilir və 2017-ci ildən rəsmi şəkildə Azərbaycan Qran Prisi adlanır.
2019-cu ildə Azərbaycan Qran Prisini 85 minə yaxın tamaşaçı izləyib.*
F.İsazadə