2019-cu ilin I yarısında Azərbaycanın mehmanxana və mehmanxana tipli obyektlərini ziyarət edən əcnəbi qonaqların ümumi sayından 11%-ni Rusiya vətəndaşları təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” a turizm bazarındakı mənbə məlumat verib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ilin I yarısında Azərbaycanın mehmanxana və mehmanxana tipli obyektlərini 825,198 min qonaq ziyarət edib, bu da 2018-ci ilin analoji dövrünün göstəricisindən 9% çoxdur.
Qonaqların 563,134 min ümumi sayından (68,2%) əcnəbi vətəndaşlar və vətndaşlığı olmayan şəxslərdir. Onlardan birinci yerdə 68,738 min nəfər BƏƏ vətəndaşı (12,2%), ikinci yerdə - 62,063 min nəfər Rusiya vətəndaşı (11%), üçüncü yerdə - 45,907 min nəfər Səudiyyə Ərəbistanı vətəndaşıdır (8,2%).
O cümlədən, ilk onluğa 35,563 min nəfər Türkiyə vətəndaşı, 30,181 min nəfər Hindistan vətəndaşı, 28,417 min nəfər İsrail vətəndaşı, 27,164 min nəfər İran vətəndaşı, 26,432 min nəfər Küveyt vətəndaşı və 13,792 min nəfər ABŞ vətəndaşı daxildir.
2019-cu ilin yanvar-iyun ayları ərzində Azərbaycanın mehmanxana və mehmanxana tipli obyektləri 103,826 mln. manat məbləğində xidmət göstəriblər. 12,959 mln. manat məblğində ən çox sayda xidmətlər Rusiya, 11,954 mln. manat məbləğində - BƏƏ, 7,591 mln. manat məbləğində - Səudiyuyə Ərəbistanı, 6,985 mln. manat məbləğində - Böyük Britaniya, 5,09 mln. manat məbləğində - Türkiyə, 5,02 mln. manat məbləğində - Hindistan, 4,6 mln. manat məbləğində - İsrail, 3,526 mln. manat məbləğində - ABŞ, 2,842 mln. manat məbləğində - İran, 2,612 mln. manat məbləğində - Qətər turistlərinə göstərilib.
Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ümumi sayından 81,2% və ya 457,115 nəfər Bakıda yerləşdirməyə üstünlük veriblər. Ziyarət üzrə ikinci yerdə Şəki-Zaqatala zonası (46,926 min əcnəbi vtəndaş) üçüncü yerdə - Quba-Xaçmaz zonası qərarlaşıb (24,374 min əcnəbi vtəndaş). **
B.Rüstəmbəyov