2019-cu ilin birinci yarısında Azərbaycanda mehmanxana və mehmanxana tipli müəssisələrin gəlirləri 187,705 mln. manat təşkil edib, bu da ötən ilin analoji dövrünün göstəricisindən 12,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan”a turizm bazarındakı mənbə məlumat verib.
Eyni zamanda, hesabat dövründə Bakıda mehmanxanalar ən iri həcmdə gəlir əldə ediblər – 139,566 mln. manat (2018-ci ilin analoji dövrü ilə müqayisədə artım 15,2%).
Gəlirliliyə görə ikinci yerdə Şəki-Zaqatala zonasının otelləri (14,656 mln. manat), üçüncü yerdə - Quba-Xaçmaz zonasının otelləri (15,825 mln. manat) qərarlaşıb. Eyni zamanda, Şəki-Zaqatala zonasında otellərin gəlirliliyi 8,7% azalıb, Quba-Xaçmaz zonasında isə 12,4% artıb.
Mənbənin məlumatına görə, 2019-cu ilin birinci yarısında otellərin xərcləri 135,988 mln. manata çatıb (artım 4,5%).
Beləliklə, bu dövrdə Azərbaycanda mehmanxana və mehmanxana tipli müəssisələrin gəlirləri xərcləri 51,717 mln. manat üstələyib.
2019-cu ilin yanvar-iyun aylarında Bakıda otellərin xərcləri 91,342 mln. manat təşkil edib (artım 15,5%).
Sonra xərclər üzrə Quba-Xaçmaz zonasının otelləri (15,192 mln. manat, azalma 27,6%) və Şəki-Zaqatala zonasının otelləri (14,708 mln. manat, azalma 14,6%) gəlir. **
B.Rüstəmbəyov