Dünən Lənkəran rayonunda ağır yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanlardan 5 nəfərin müalicəsi staisonar qaydada davam edir. Bu barədə “İnterfaks-Azərbaycan”a Səhiyyə Nazirliyindən məlumat verilir.
“Onlardan biri reanimasiya şöbəsindədir, daha dörd nəfər - Travmatologiya şöbəsinin palatasındadır”, - nazirlikdən məlumat verilib.
Xəbər verildiyi kimi, çərşənbə günü Lənkəran rayonunda ağır yol qəzası baş verib. Əldə olunan məlumata əsasən, sərnişin avtobusu yoldan çıxaraq dərəyə aşıb. Nəticədə sürücü hadisə yerində ölüb.
Yol-nəqliyyat hadisəsi nəticəsində Lənkəran Rayon Mərkəzi Xəstəxanasına müxtəlif xəsarətlərlə 23 nəfər daxil olub. **
F.İsazadə