2019-cu ilin birinci yarısında “Russneft” Neft Şirkəti Azərbaycan Respublikasında layihələrdən birindən çıxıb və onun reallaşdırılması üzrə yaradılan törəmə şirkətlərin ləğv olunmasını başa çatdırıb. Bu barədə MHBS üzrə hesabatda deyilir.
Şirkətin mətbuat xidmətindən “İnterfaks”a izah ediblər ki, kompleks qiymətləndirmə-kəşfiyyat işlərindən sonra şirkət bu layihə üzrə özü üçün perspektiv görməyib. Söhbət “Padar” layihəsindən gedir.
Hazırda “Russneft” “GEA” şirkətinin sahibidir.” GEA Holdings Limited” törəmə şirkətləri və birgə müəssisələr vasitəsilə Azərbaycanda ARDNŞ ilə PSA sazişləri əsasında işlənmə və neft hasilatını həyata keçirən layihələrdə iştirak edir. Azərbaycanda “Russneft”in aktivlərinə “Abşeron” bloku, Binəqədi (“Russneft”in payı 75%-dir), Neftçala, Şirvan (pay – 80%) və Qarasuda (pay – 85%) quru yataqları daxildir. 1P kateqoriyalı həmin aktivlər üzrə neft ehtiyatları 10 mln. ton, 2P kateqoriyalı üzrə - 11,2 mln. ton, 3P kateqoriyalı - 12,5 mln. ton təşkil edir.
“Russneft” “Mişovdağ-Kəmaləddin” geoloji-kəşfiyyat layihəsinin iştirakçısıdır. **