2019-cu ilin birinci yarısında Dövlət Neft Fondunun (ARDNF) səhmlərə yatırılan aktivlərinin gəlirliliyi 13,1% təşkil edib. Bunu Hesablama Palatasının sədri Vüsal Gülməmmədov bildirib.
“2019-cu ilin birinci yarısında ARDNF-nin səhmlərə yatırılan aktivləri üzrə gəlirlilik 13,1% təşkil edib, baxmayaraq ki, 2018-ci ilin yekunları üzrə bu parametr üzrə mənfi gəlirlilik 6,6% olub”, - Gülməmmədov yanvar-iyun ayları ərzində dövlət büdcəsinin icrasına dair təhlildə qeyd edib.
O vurğulayıb ki, səhmlər üzrə gəlirlilik ARDNF-nin aktivlərinin müxtəlif altqrupları arasında ən yüksək gəlirlilik göstəricisi olub.
“Bütövlükdə, birinci yarımillik ərzində ARDNF-nin aktivləri 10,3% artıb. Artım ARDNF-nin vəsaitin iadrə olunmasından gəlirlərin artımı və büdcə hesabına əldə olunub”, - təhlildə deyilir.
ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən daxil olan gəlirlər toplanır.
2019-cu ilin birinci yarısının sonuna ARDNF-nin aktivlərinin həcmi $42 mlrd. 463,7 mln. təşkil edib. **
Ə.Məmmədov