Hesablama Palatası dövlət müəssisələri tərəfindən kredit borclarının ödənilməsinin mümkün olmaması faktları ilə bağlı artım olduğunu qeyd edir.
“Son illər ərzində dövlət müəssisələri tərəfindən həm dövlət zəmanəti, həm də zəmanətsiz cəlb olunan kreditlər üzrə borcların ödnilməsinin qeyri-mümkün olması faktları tədricən artır. Bu, həmin borcun bu və ya digər halda dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsinə gətirir”, - Hesablama Palatasının sədri Vüsal Gülməmmədov yanvar-iyun ayları ərzində dövlət büdcəsinin icrasına dair təhlildə qeyd edib.
O cümlədən, Gülməmmədov vurğulayıb ki, proqnoza (hökumətin - İF) əsasən, 2019-2024-cü illərdə dövlət müəssisələri Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu vasitəsilə hər təşkilat üzrə həyata keçirilən kredit ödənişləri üzrə dövlət büdcəsinə 2 mlrd. 960,8 mln. manat vəsait qaytarmalıdır. **
Ə.Məmmədov