1 avqust 2019-cu il tarixinə Azərbaycanda banklar tərəfindən 2,582 min ədəd bankomat quraşdırılıb ki, bu da 2018-ci ilin sonuna olan göstəricidən 3,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Avqustun 1-nə Bakıda 1,378 min ədəd (hesabat dövründə artım 3,7%), bölgələrdə 1,204 min ədəd (artım 2,6%) bankomat quraşdırılıb.
2019-cu il avqustun 1-nə respublika ərazisində ticarət və xidmət obyektlərində quraşdırılan pos-terminalların sayı 63,782 min ədəd təşkil edib ki, bu da ötən ilin sonuna olan göstəricidən 3,5% azdır.
Bununla yanaşı, Bakıda 38,139 min ədəd (azalma 2,1%), regionlarda 25,643 min ədəd (azalma 5,5%) pos-terminal quraşdırılıb.
Pərakəndə ticarət obyektlərində 62,305 min ədəd pos-terminal və ya bütün pos-terminalların 97,7%-i quraşdırılıb.**
B.Rüstəmbəyov