Azərbaycan Xarici İşlər Nazirliyi İsrail dronlarının İran və İraqa hücum üçün Azərbaycana gətirilməsi barədə yayılan məlumatları təkzib edib. Bunu XİN-in mətbuat katibi Leyla Abdullayeva deyib.
"Təəssüflə qeyd etmək istərdik ki, bəzi xarici media resurslarında İsrail dronlarının İraq və İrana hücum edilməsi məqsədilə Azərbaycana gətirilməsi ilə bağlı tamamilə əsassız məlumatlar tirajlanmağa davam edir. Biz bu məlumatı qətiyyətlə rədd edirik, bu məlumatların heç bir əsası yoxdur və dezinformasiya məqsədi daşıyır”, - deyə L.Abdullayeva “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.*
F.İsazadə