2019-cu ilin yanvar-iyul aylarında “Azexport.az” portalına ümumilikdə $346,6 mln. məbləğində ixrac sifarişləri daxil olub. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
Cari ilin iyul ayında ixrac sifarişlərinin dəyəri $43,5 mln. təşkil edib.
Bütövlükdə, 2017-ci il yanvarın 1-dən 2019-cu il avqustun 1-nə kimi ixrac sifarişlərinin dəyəri $1 mlrd. 335,7 mln.-a çatıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “Azexport.az” portalını 2016-cı ilin dekabr ayında istifadəyə verib.*
B.Rüstəmbəyov