"Qarabağ" futbol klubu UEFA Avropa Liqasının qrup mərhələsində "Sevilya" (İspaniya), APOEL (Kipr) və "Düdelanj" (Lüksemburq) komandaları ilə qarşılaşacaq.
“Qarabağ”ın rəqibləri bu gün Monakoda keçirilən püşkatma zamanı müəyyən edilib.
Qrup mərhələsi çərçivəsində ilk oyunlar 19 sentyabr, son oyunlar isə 12 dekabrda keçiriləcək.*
Ə.Məmmədov