Azərbaycan sentyabrın 1-dən Türkiyə vətəndaşları üçün viza rejimini ləğv edib.
Daha əvvəl Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva bildirmişdi ki, Bakı Ankaraya Türkiyə vətəndaşları üçün viza tələbinin ləğv edilməsi ilə bağlı nota ünvanlayıb.
“Sentyabrın 1-dən etibarən Azərbaycan Respublikasına 30 günədək müddətə səfər etmək istəyən Türkiyə Respublikasının ümumvətəndaş pasportuna malik vətəndaşları üçün viza tələbi ləğv edilib”, - deyə L.Abdullayeva qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan ərazisində 30 gündən artıq qalmaq istəyən Türkiyə Respublikası vətəndaşlarının statusu Azərbaycan Respublikasının müvafiq qanunları ilə tənzimlənir.*
B.Rüstəmbəyov