Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Goranboy, Gədəbəy və Astara şəhərlərinin baş planlarının hazırlanması üçün podratçılar seçib. Bu barədə komitənin məlumatında deyilir.
Tender komissiyasının qərarına əsasən, Goranboy şəhərinin baş planı «INTEGRIS MMC» şirkəti tərəfindən hazırlanacaq. Şirkətlə 140,095 min manat dəyərində müqavilə bağlanıb.
Gədəbəy şəhərinin baş planı “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən tərtib ediləcək. Müqavilənin dəyəri 148,5 min manatdır.
Astara şəhərinin baş planı isə «EL&EN» firması tərəfindən hazırlanacaq. Müqavilənin dəyəri 153 min manatdır.
Tender şərtlərinə görə, baş planlar 24 ay ərzində hazırlanmalıdır. Layihələr Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən öyrənildikdən sonra Nazirlər Kabinetinə təqdim olunacaq.*
X.Nəsirzadə