İran nüvə sazişinin şərtlərini təkrar nəzərdən keçirməyi planlaşdırmır. Bunu İran XİN başçısı Cavad Zərif deyib.
“Söhbət Hərtərəfli Birgə Fəaliyyət Planını təkrar nəzərdən keçirməkdən getmir, biz ikimiz də bilirik ki, bu Pandora qutusunu açmaq və yenidən bağlamaq mümkün deyil, çünki əvvəldən danışıqlarda iştirak etmişik”, - Zərif bazar ertəsi Moskvada Rusiya XİN başçısı Sergey Lavrovla danışıqlar zamanı bildirib.
O vurğulayıb ki, İran Avropa tərəfdaşları, həmçinin Fransa ilə saziş çərçivəsində öhdəliklərini icra etmələri məqsədilə danışıqları davam etdirir. **