Hərtərəfli Birgə Fəaliyyət Planının Avropa iştirakçıları Rusiya və Çindən fərqli olaraq sazişi xilas etmək üçün zəruri addımlar atmırlar. Bunu bazar ertəsi İran XİN başçısı Cavad Zərif deyib.
“İran, Rusiya və Çin HBFP çərçivəsində heç zaman əməkdaşlığı dayandırmayıb. Biz də Rusiya və Çini HBFP çərçivəsində bizə yardım edən, bu sazişin qüvvədə olması üçün mübarizə aparmağa davam edərək sarsılmaz mövqedə qalan tərəfdaşlar hesab edirik”, - Zərif Rusiya XİN başçısı Sergey Lavrovla görüşdə bildirib.
Eyni zamanda o vurğulayıb: “Əfsuslar olsun ki, Avropa tərəfdaşları tərəfindən eyni yanaşma görmürük. Onlar HBFP çərçivəsində öhdəliklərini yerinə yetirmək üçün zəruri tədbirlər görmürlər”. **