Gömrük orqanları $60 minə yaxın ümumi məbləğdə valyutanı Azərbaycandan Rusiyaya bəyan etmədən keçirmə cəhdinin qarşısını alıblar. Bu barədə Dövlət Gömrük Komitəsinin saytında məlumat verilir.
“Bakı-Moskva aviareysi ilə getmək istəyən Qazaxıstan vətəndaşı Heydər Əliyev Beynəlxalq Aeroportunda gömrük nəzarətindən keçərkən yoxlama zamanı ona məxsus baqajın içərisindəki pul qabında, əl çantasında, sellofan paketdə cəmi 3 mln. 531 min 350 rus rublu (cari məzənnə iıə $52,762 min - İF), 6253 ABŞ dolları və 400 manat ($235) aşkarlanıb”, - məlumatda deyilir.
Qeyd olunur ki, bəyan olunmayan valyuta Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən aşkar olunub.
Faktla bağlı araşdırma aparılır. **
F.İsazadə