2019-cu il avqustun 30-na Azərbaycanda pul bazasının həcmi 10 mlrd. 157,6 mln. manat təşkil edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
29 dekabr 2018-ci il tarixinə pul bazasının həcmi 9 mlrd. 545,7 mln. manat təşkil edib. Beləliklə, 2019-cu ilin yanvar-avqust aylarında pul bazası 6,4% artıb.
Eyni zamanda, avqust ayında pul bazası 416,7 mln. manat və ya 3,9% artıb.
2018-ci ildə Azərbaycanda pul bazası 11,7% artıb.**
N.Abbasova