2020-ci ildə Azərbaycanın dövlət büdcəsindən kənd təsərrüfatı istehsalçılarına ayrılan subsidiyaların ümumi həcmi 2019-cu ilin səviyyəsindən çox olmayacaq, müəyyən mənada aşağı da ola bilər. Bunu kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev bazar ertəsi mətbuat konfransında bildirib.
Kənd Təsərrüfatı Nazirliyi 2020-ci ili yanvarın 1-dən kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün subsidiyaların verilməsi üzrə yeni sistemi tətbiq edəcək.
“Subsidiyalar xüsusi bank kartları hazırlayan “Kapital Bank” vasitəsilə veriləcək”, - Quliyev bildirib.
O, həmçinin qeyd edib ki, fermerlərin kartlarında subsidiyaların məbləğinin yalnız 25%-ni nağdlaşdırmaq mümkün olacaq. Digər əməliyyatlar nağdsız şəkildə həyata keçirilməlidir.
O cümlədən, Quliyev məlumat verib ki, 2019-cu ildə ASK istehsalçılarının dövlət büdcəsindən subsidiyaların həcmi 292 mln. manat təşkil edəcək. “Gələn il qeyd olunan məbləğ artmayacaq, əksinə azalacaq”, - nazir müavini “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin sualına cavab verib.
O qeyd edib ki, indiyədək 320 min fermer elektron qeydiyyatdan keçib.
Xəbər verildiyi kimi, 2020-ci ili yanvarın 1-dən subsidiyaların baza məbləği hər hektara görə 200 manat təşkil edəcək. Hər bir kənd təsərrüfatı məhsulu növünə ayrıca əmsal tətbiq olunacaq ki, subsidiyaların yekun məbləği də bu əmsaldan formalaşacaq.
Ümumilikdə, bu qərara əsasən, yetişdirilməsi üçün subsidyaların verildiyi bitki növlərinin sayı mühüm dərəcədə artacaq. **
B.Rüstəmbəyov