“Kapital Bank” kiçik və orta sahibkarlarla işin inkişafı məqsədilə Binə Ticarət Mərkəzində “Lökbatan” şöbəsini açıb.
“Bu şöbədə xüsusi ilə kiçik və orta sahibkarlar, eyni zamanda, fərdi şəxslər üçün bir çox bank əməliyyatları əlçatan olacaq”, - deyə məlumatda bildirilir.
“Lökbatan” şöbəsində sahibkar müştərilərə hesablaşma-kassa əməliyyatları, əməkhaqqı layihələri, əmanətlər, biznes və sahibkar kartları, valyuta mübadiləsi, POS ilə inteqrasiya olunmuş Smart kassaların quraşdırılması kimi xidmətlərlə yanaşı, maliyyə əlçatanlığının asanlaşdırılması məqsədilə bir sıra digər məhsullar təqdim ediləcək.
“Lökbatan şöbəsi” “Kapital Bank”ın kiçik və orta sahibkarlar, eləcə də korporativ müştərilər üçün xüsusi xidmət bölməsi olan sayca 7-ci, xüsusi satış bölməsi olan isə sayca 5-ci struktur bölməsidir.
“Kapital Bank” 140 ildən çoxdur Azərbaycanda fəaliyyət göstərir və aparıcı bankların beşliyinə daxildir. Bankın səhmdarları “PAŞA Holdinq” (99,87%) və fiziki şəxslərdir (0,13%).
“Kapital Bank” 100 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir.*
Ə.Məmmədov