Gömrük orqanları Azərbaycandan Türkmənistana $30 min məbləğində valyutanın bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar. Bu barədə Dövlət Gömrük Komitəsinin saytında məlumat verilir.
“Türkmənistana getmək istəyən bu ölkənin vətəndaşları saxlanılıb və hərəkətləri şübhə doğurduğu üçün onlarla fərdi şəkildə sorğu-sual aparılıb. Nəticədə, həmin vətəndaşların birindən 30 min ABŞ dolları, digərindən isə ümumi çəkisi 288,38 qram təşkil edən qızıl-zinət əşyaları aşkar edilib”, - Komitənin məlumatnda deyilir.
Bildirilir ki, külli miqdarda xarici valyuta və zərgərlik məmulatı Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin "Beynəlxalq Dəniz Ticarət Limanı" gömrük postunun əməkdaşları tərəfindən aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Eyni zamanda, DGK valyuta və zərgərlik məmulatını qaçaqmalçılıq yolu ilə çıxarmağa cəhd edən Türkmənistan vətəndaşlarının sayını dəqiqləşdirmir. **
F.İsazadə