“BakuBus” MMC cəmiyyətin balansında olan nəqliyyat vasitələrinin sürətlər qutusu üçün ehtiyat hissələrinin və xüsusi alətlərin satınalınmasına 435 min manatdan artıq vəsait yönəldəcək .
www.tender.gov.az saytının məlumatına görə, “BakuBus” “Grand Motors” MMC ilə müvafiq müqavilə imzalayıb.
Müqavilənin dəyəri – 435,65 manatdır.
“BakuBus” MMC 2014-cü ilin aprel ayında Nazirlər Kabinetinin qərarı ilə yaradılıb. Bakı şəhərində sərnişinlərə avtobus nəqliyyatı sahəsində beynəlxalq standartlara uyğun xidmətin təşkili, bu sahənin müasir tipli nəqliyyat vasitələri ilə təchiz edilməsi, sərnişindaşımanın yerinə yetirilməsi zamanı texniki və ekoloji baxımdan təhlükəsizliyin təmin olunması əsas məqsədlər olaraq qarşıya qoyulub. “BakuBus” MMC özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərir.**
B.Rüstəmbəyov