Prezident İlham Əliyev sentyabrın 3-də Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevi qəbul edib. Bu barədə RF TŞ-nin mətbuat xidmətindən məlumat verilib.
"N.Patruşev Bakıda prezident İlham Əliyevlə görüşüb”, - deyə məlumatda bildirilir.
Görüşdə Azərbaycanla Rusiya arasında təhlükəsizlik, iqtisadi münasibətlər, mədəni-humanitar əlaqələrin inkişafı sahəsində qarşılıqlı fəaliyyət, BMT, ATƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.*