Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Bakıya səfəri çərçivəsində sentyabrın 4-də azərbaycanlı həmkarı Ramil Usubovla görüşəcək.
“N.Patruşev Azərbaycanın Təhlükəsizlik Şurasının katibi Ramil Usubov və hər iki ölkənin bir sıra nazirliklərinin və dövlət strukturlarının nümayəndələri ilə təhlükəsizlik məsələlərinə dair Rusiya-Azərbaycan məsləhətləşmələri aparacaq”, - deyə Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidmətinin məlumatında bildirilir.
Xatırladaq ki, N.Patruşev dünən prezident İlham Əliyevlə görüşüb.*