Aqrar Tədqiqatlar Mərkəzi aqrar siyasətin qiymətləndirilməsi və monitorinqi sisteminin yaradılmasına dair tender elan edir.
Tenderdə iştirak haqqı 400 manat təşkil edir.
Tender təklifləri oktyabrın 17-dək qəbul olunur. Təkliflərin açılması oktyabrın 21-də baş tutacaq.
Aqrar Tədqiqatlar Mərkəzi 2018-ci ilin may ayında Azərbaycan prezidenti İlham Əliyevin fərmanına əsasən yaradılıb.
ATM-nin nizamnamə fondu 1 mln. manat təşkil edir.
Mərkəz aqrar sahədə elmi tədqiqat institutlarının fəaliyyətinin gücləndirilməsi, təhlil, qiymətləndirmə və proqnozlaşdırmanın aparılması, aqrar-sənaye kompleksi üzrə müxtəlif xidmətlərin, o cümlədən dövlət sifarişlərinin yerinə yetirilməsi, kənd təsərrüfatının inkişafı ilə bağlı məlumat bazasının yaradılması, proqram və layihələrin hazırlanması, sahənin strateji planlaşdırılmasının və innovativ inkişafının təmin edilməsi məqsədilə yaradılıb. **
B.Rüstəmbəyov