Azərbaycan Turizm Agentlikləri Assosiasiyası turizm sahəsində mövcud olan problemlərin həlli məqsədiə Ekspertlər Şurası yaradıb.
“Şuranın əsas məqsədi gəlmə və getmə turizmində mövcud olan problemlərin araşdırılması, onların həlli istiqamətində təkliflər hazırlamaqdır”, - Assosiasiyadan qeyd ediblər.
Görüləcək işlərin keyfiyyətli və standartlara cavab verməsi üçün Ekspertlər Şurasında daxili və xarici turizm komissiyası, eyni zamanda, xarici logistika komissiyası yaradılıb.
Yaradılan komissiyalar həmçinin ölkəmizə turist axınının artırılması, turistlərin məmnun yola salınması və turizm agentliklərinin fəaliyyətinə nəzarət etmək üçün yeni mexanizmlərinin hazırlanması istiqamətində təkliflər hazırlayacaq. **
B.Rüstəmbəyov