Rusiya Azərbaycanla birgə layihələrin inkişafı və ikitərəfli hərbi-texniki əməkdaşlığa böyük önəm verir. Bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib.
Bakıda təhlükəsizlik üzrə Rusiya-Azərbaycan məsləhətləşmələri aparılıb. RF TŞ-nin məlumatına görə, məsləhətləşmələr Patruşev və Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubov arasında baş tutub.
“Nikolay Patruşev iki ölkə arasında iqtisadi və humanitar əməkdaşlığın yaxşı tepmlərini qeyd edib, Rusiya-Azərbaycan sərhədində birgə infrastruktur layihələrin reallaşdırılmasının vacibliyini və gələcəkdə hərbi-texniki əməkdaşlığın inkşafını vurğulayıb”, - məlumatda deyilir.
“İki ölkənin bir sıra nazirlik və idarələrinin nümayəndələrinin iştirakı ilə keçirIlən ekspert məsləhtləşmələri çərçivəsində terrorçuluq və ekstremizm ilə mübarizə sahəsində qanunvericiliyinin təkmilləşdirilməsi, həmçinin informasiya təhlükəsizliyinin təminatı sahəsində əməkdaşlığa xüsusi diqqət ayrılıb”, - RF TŞ-dan bildiriblər. **