Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Ağdaş rayonunda zəruri sosial-texniki infrastruktur ilə yaşayış məhəlləsinin layihələndirilməsinə dair tender elan edib.
Tender elanına əsasən, infrastruktur 668 məcburi köçkün ailəsi üçün nəzərdə tutulmalıdır.
Tenderdə iştirak haqqı – 150 manatdır.
Tenderdə zəruri maliyyə və texniki imkanlara malik olan şirkətlər iştirak edə bilər.
Şirkətlərdən tender təklifləri 30 sentyabr saat 18:00-dək qəbul olunur. Tender proseduru 1 oktyabr saat 16:00-da baş tutacaq. **
X.Nəsirzadə