Oktyabrın 11-də “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
“Yığıncağın gündəliyinə ABB-nin ötənilki fəaliyyəti ilə bağlı maliyyə hesabatının təsdiq edilməsi, səhmdarlara dividendlərin ödənilməsi, bu ilin 9 ayı üzrə maliyyə göstəricilərinin nəzərdən keçirilməsi, “Aqrarkredit” bank olmayan kredit təşkilatına ötürülməsi nəzərdə tutulan aktivlərin balansdan silinməsi, səhmdarların ümumi yığıncağının Əsasnaməsinin təsdiq edilməsi ilə bağlı məsələlər daxildir”, – deyə məlumatda bildirilir.
Bundan başqa, səhmdarlar ABB-nin törəmə investisiya şirkətinin yaradılması və səhmdarlardan səhmlərin geri alınmasına dair məsələləri müzakirə edəcəklər.
ABB 1992-ci ildə yaradılıb. Bankın kapitalında Maliyyə Nazirliyinin payı 91,4% təşkil edir. Bütövlükdə, kapitalda 95,27% pay dövlətə məxsusdur. ABB-nin nizamnamə kapitalı 1 mlrd. 241,287 mln. manata bərabərdir.*
Ə.Məmmədov