«Caspian Design Furniture» MMC tərəfindən Abşeron rayonu ərazisində mebel istehsalı müəssisəsi işə salınıb.
“Müəssisənin yaradılmasına 3 mln. manata yaxın ($1,764 mln.) investisiya qoyulub. Hazırda müəssisədə 30 yeni iş yeri açılıb”, – deyə İqtisadiyyat Nazirlyinin məlumatında bildirilir.
Mebel istehsalı müəssisəsində İtaliya və Türkiyədən gətirilmiş avadanlıqlar quraşdırılıb. Burada il ərzində 1,2 min dəst müxtəlif növ mebellər istehsal ediləcək. “Müəssisədə istehsalın genişləndirilməsi və iş yerlərinin 100-ə çatdırılmasınəzərdə tutulur. Mebel istehsalı müəssisəsinin məhsulları xarici ölkələrə də ixrac ediləcək”, - deyə məlumatda qeyd olunur.*
B.Rüstəmbəyov