Azərbaycan beynəlxalq yük daşımalarında iştirak edən nəqliyyat vasitələrinin sayını 5 dəfə - 10 min ədədə qədər artırmaq niyyətindədir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) məlumat verilib.
“Hazırda 2 minə yaxın nəqliyyat vasitəsi beynəlxalq daşımalara cəlb olunub. Hədəfimiz onların sayını 10 min ədədə çatdırmaqdır. Bu, qeyd olunan sahədə 30 min yeni iş yerinin yaradılmasına imkan verəcək”, - deyə məlumatda bildirilir.
Bundan başqa, oktyabrın14-15-də Bakıda Beynəlxalq Nəqliyyat Forumunun (ITF) Avtomobil Nəqliyyatı Qrupunun növbəti iclası keçiriləcək. “İclasda ITF-nin üzv ölkələrindən 100-ə yaxın nümayəndə iştirak edəcək. İclasda beynəlxalq avtomobil daşımalarının daha da inkişaf etdirilməsi üçün layihələrin hazırlanması, daşımaların keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı məsələlər müzakirə olunacaq”, - deyə məlumatda qeyd olunur.*
X.Nəsirzadə