Rusiyanın “Natsionalnaya fruktovaya kompaniya” MMC “Aerobus” MMC-dən (Azərbaycan) $3,156 min vəsaiti məhkəmə yolu ilə alacaq. Bu barədə NewsNN.ru saytı məlumat verir.
RF-nin Nijeqorod vilayətinin arbitraj məhkəməsi müvafiq qərar qəbul edib.
İşin materiallarına əsasən, 2017-ci ildə tərəflər arasında təzə meyvələrin tədarükünə dair müqavilə bağlanıb. Nijeqorod şirkəti Azərbaycan firmasına öncədən $56,1 min ödəniş edib. Lakin, “Aerobus” sifarişçiyə yalnız $49,9 min məbləğində ərzaq tədarük edib.
2018-ci ildə Natsionalnaya fruktovaya kompaniya” tərəfindən tədarükçüdən $6 min məbləğində vəsait məhkəmə yolu ilə alınıb.
2019-cu il 28 avqust tarixli Nijeqorod vilayətinin arbitraj məhkəməsinin qərarı ilə “Aerobus” təşkilata daha $3,156 min ödəməlidir.
“Natsionalnaya fruktovaya kompaniya” “Spar” pərakəndə şəbəkəni meyvə və tərəvəzlə təchiz edən distruibyutordur. 2018-ci ilin yekunları üzrə şirkətin satışdan gəlirləri 6,2 mlrd. rubl, xalis mənfəəti – 3 mln. rubl təşkil edib. **
B.Rüstəmbəyov