Azərbaycanda Türkiyənin mütəxəssisləri ilə birgə keçirilən “TurAz Qartalı - 2019” birgə taktiki təlimlərində aviasiya vasitələrinin uçuşları keçirilir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilir.
“Təlimlərdə iştirak edən hər iki ölkənin hərbi aviasiyası müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət, döyüş uzlaşması imkanlarının öyrənilməsi, axtarış-xilasetmə tədbirlərinin icrası, havadan zərbələr endirməklə yer hədəflərinin məhv edilməsi və digər tapşırıqların yerinə yetirilməsi məqsədilə uçuşlar həyata keçirir”, - məlumatda deyilir.
Məlumata əsasən, Pakistan Hərbi Hava Qüvvələrinin nümayəndələri təlimlərdə müşahidəçi qismində iştirak edir. **
X.Nəsirzadə