Sentyabrın 10-12-də Azərbaycan Turizm Bürosu (ATB) Almaniyada silsilə tədbirlər keçirəcək. Bu barədə Dövlət Turizm Agentliyinin məlumatında deyilir.
“Berlin, Hamburq və Frankfrut şəhərlərində Azərbaycanın turizm potensialının təqdimatı keçiriləcək”, - deyə məlumatda bildirilir.
150-dən çox Almaniya şirkəti "B2B (business to business) formatlı görüşlərdə iştirak edəcək.
“Bundan başqa, Azərbaycanın 7 turizm şirkəti və hoteli gələcək əməkdaşlığın qurulması məqsədilə fikir mübadiləsi aparmaq üçün seminarlar keçirəcək”, - deyə məlumatda qeyd olunur.*
X.Nəsirzadə