2019-cu ilin yanvar-avqust ayları ərzində "AzerGold" QSC-nin beynəlxalq bazarlarda qiymətli metalların satışından gəliri $51 mln. təşkil edib.
“Cari ilin yanvar-avqust aylarında "AzerGold"un qiymətli metalların ixracından gəliri $51 mln. təşkil edib, bu da ötən ilin analoji dövrünün göstəricisindən 35% çoxdur”, - “İnterfaks-Azərbaycan”ın sorğusuna cavab olaraq şirkətdən qeyd ediblər.
Məlumata əsasən, 2019-cu ilin 8 ayı ərzində şirkət 36,889 min unsiya qızıl və 52,24 unsiya gümüş ixrac edib, bu da 2018-ci ilin analoji dövrünün göstəricisindən müvafiq olaraq 30% və 5% çoxdur.
“AzerGold” QSC prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb.
Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.**
N.Abbasova