Dövlət Şəhərsalma və Arxitektura Komitəsi elektron məlumat sistemlərinin yaradılması üçün seçim elan edib.
Seçim 2 lotdan ibarət açıq tender metodu ilə keçirilir: şəhərsalma və tikinti fəaliyyəti üzrə vahid elektron məlumat sisteminin yaradılması (lot-1); daxili məlumat sisteminin yaradılması (lot-2).
Hər bir lot üzrə tenderdə iştirak haqqı 500 manatdır.
Təkliflər 3 oktyabr 2019-cu il tarixinədək qəbul olunur. Tender proseduru oktyabrın 4-də keçiriləcək.
Telefon: (+99 412) 493-34-67, əlaqələndirici şəxs – Elçin Kazımlı.*
B.Rüstəmbəyov