Aqrar Kredit və İnkişaf Agentliyi cümə axşamı «AzALES» aqrar kreditlərin yeni qiymətləndirmə sisteminin təqdimatını keçirib.
«AzALES» Avropa Yenidənqurma və İnkişaf Bankı və Avropa İttifaqının (Aİ) dəstəyi, Frankfurt Maliyyə və İdarəetmə Məktəbinin iştirakı ilə hazırlanıb. Yeni sistem banklara aqrar sahədə risklərin daha yaxşı qiymətləndirilməsinə və fermerlərin kredit müraciətlərinə daha sürətlə baxılmasına imkan verəcək”, - AKİA-nın sədri Mirzə Əliyev deyib.
O izah edib ki, indiyədək kredit təşkilatlarında, xüsusilə regional filiallarda təcrübəli mütəxəssislərin sayı kifayət qədər deyil və həmin təşkilatlar kreditlər üzrə riskləri öz öhdəliklərinə götürmək istəmirlər. Bununla əlaqədar, fermerlər kreditlərin verilməsi ilə bağlı müraciətlərə rədd cavabı alırlar.
“Bundan əlavə, kredit müraciətlərinin qiymətləndirilməsi prosesi kifayət qədər zaman aparır, bu da öz növbəsində fermerlərin işini ləngidir və ya fermerlərdən kreditin məbləğini dəfələrlə üstələyən əmlakın girova qoyulması tələb olunur. Bütün bunlar kənd təsərrüfatı istehsalçıları üçün etibarlı və uzunmüddətli sərfəli maliyyələşməyə çıxış əldə etməkdə maneələr yaradır”, - Əliyev bildirib.
Tərtibatçıların məlumatına əsasən, «AzALES» sisteminin yaradılmasına təqribən $200 min xərclənib. **
B.Rüstəmbəyov