Bu il Azərbaycanda 100 min 111,7 hektar sahədə pambıq əkini həyata keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “Aqrolizinq” ASC-dən məlumat verilib.
“Əkin sahələrinin 96 min 240,8 hektarı hüquqi şəxslərə, 3 min 870,89 hektarı fiziki şəxslərə məxsusdur”, - deyə məlumatda bildirilir.
Hazırda ölkə üzrə 411 ədəd pambıqyığan kombayn hazır vəziyyətə gətirilib ki, bunun 123 ədədi “Aqrolizinq” ASC-nin payına düşür. Bundan başqa, “Aqrolizinq” ASC-nin rayon bölmələrinin istifadəsində 125 ədəd traktor və 220 ədəd qoşqu mövcuddur.
“Bütövlükdə, ölkə pambıq yığımına tam hazırdır”, - deyə məlumatda qeyd olunur.*
Ə.Məmmədov