Bakı və Moskva Azərbaycan və Rusiya Təhlükəsizlik Şuralarının rəhbərlərinin görüşü çərçivəsində ekspert məsləhətləşmələri keçirib.
“Məsləhətləşmələr təsdiq olunmuş plana əsasən keçirilib. Məsləhətləşmələr zamanı terrorçuluqla mübarizə, ekstremizm ilə mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, həmçinin informasiya təhlükəsizliyinə dair əməkdaşlıq məsələləri müzakirə olunub”, - “İnterfaks-Azərbaycan”a Azərbaycan Təhlükəsizlik Şurasından məlumat verilib.
Ekspert danışıqlarda Azərbaycan tərəfinə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyev, Rusiya tərəfinə - Rusiya TŞ katibinin müavini Rəşid Nurqəliyev rəhbərlik edib. **
F.İsazadə