Rövşən Nəcəf Maliyyə Monitorinqi Xidmətinin direktoru təyin edilib.
“Prezident İlham Əliyev avqustun 28-də R.Nəcəfin Maliyyə Monitorinqi Xidmətinin direktoru təyin edilməsi haqqında sərəncam imzalayıb”, - deyə hökumətdəki mənbə “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Bundan əvvəl R.Nəcəf Prezident Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri olub. O, 2018-ci ilə qədər "Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru vəzifəsində çalışıb.
Dövlət başçısının 30 may 2019-cu il tarixli sərəncamı ilə Maliyyə Monitorinqi Xidməti Vergilər Nazirliyinin tərkibində fəaliyyət göstərəcək.*
Ə.Məmmədov