Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı BP-nin Direktorlar Şurasının sədri Helqe Lundun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Görüşdə Azərbaycan ilə BP arasında uzun illər ərzində uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olundu, neft və qaz sənayesinin inkişafının Azərbaycan iqtisadiyyatının şaxələndirilməsindəki rolu vurğulandı, Bakıda və regionlarda böyük infrastruktur layihələrinin reallaşdırıldığının önəmi qeyd edildi.
Həmçinin, Xəzərin Azərbaycan sektorunda əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.**
B.Rüstəmbəyov