Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün Litva Respublikasının ölkəmizə yeni təyin olunan səfiri Eqidius Navikas ilə görüşüb.
“Görüşdə tərəflər ölkələrimiz arasında mövcud olan münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə inkişafından məmnunluq ifadə ediblər”, - deyə XİN-in məlumatında bildirilir.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.*
F.İsazadə