Azərbaycanın müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev Koreyaının milli müdafiə nazirinin Müdafiə Siyasəti üzrə müavini Çunq Sukvan ilə hərbi əməkdaşlığın cari vəziyyətini və inkişaf perspektivlərini müzakirə edib.
Görüş Seul şəhərində keçirilən "Seul Müdafiə Dialoqu - 2019" beynəlxalq müdafiə və təhlükəsizlik konfransı çərçivəsində baş tutub.
“Tərəflər hərbi təhsil sahəsində əldə olunan nailiyyətləri yüksək qiymətləndiriblər”, - Müdafiə Nazirliyinin məlumatında deyilir.
Həmçinin, həmsöhbətlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti, Cənubi Qafqaz və Koreya yarımadasında mövcud hərbi-siyasi durum barədə ətraflı fikir mübadiləsi aparıblar. **
F.İsazadə