2019-cu ilin yanvar-iyul aylarında “Qala Həyat Sığorta” şirkətinin sığorta haqları 7 mln. 222,905 min manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
“Operativ məlumatlara görə, hesabat dövründə şirkətin sığorta haqları 7 mln. 222,905 min manat təşkil edib. Bütövlükdə, “Qala Həyat Sığorta”nın portfeli şaxələndirilib, bədbəxt hadisələrdən icbari sığorta satışları 10% artıb”, - deyə məlumatda bildirilir.
Hesabat dövründə şirkətin ödənişləri 4 mln. 422,217 min manat təşkil edib.
“Qala Həyat Sığorta” şirkəti 2011-ci ildən etibarən sığorta bazarında fəaliyyət göstərir və sığorta haqlarının yığım həcminə görə aparıcı şirkətlərin onluğuna daxildir. Şirkətin nizamnamə kapitalı 13 mln. 41,6 min manata bərabərdir.*
Ə.Məmmədov