Ədliyyə Nazirliyinin Penitensiar Xidməti yeni cəzaçəkmə müəssisələrinin layihələndirilməsi üzrə əlavə işlərə 86 min manat yönəldəcək.
www.tender.gov.az saytında dərc olunmuş materiallara əsasən, Penitensiar Xidmət «Azərdövlətsənayelayihə» ilə iki müqavilə bağlayıb.
41 min manat dəyərində birinci müqavilə Bakının Umbakı qəsəbəsində həbsxana kompleksinin layihəsinin hazırlanması üzrə əlavə işlərin həyata keçirilməsini, 45 min manat dəyərində ikinci müqavilə isə Lənkəran şəhərində 100 yerlik qarışıq rejimli həbsxana kompleksinin layihələndirilməsi üzrə əlavə işlərin həyata keçirilməsini nəzərdə tutur.*
F.İsazadə